NATO Rəsmisi Gəncədə (21.11.2014)
NATO-nun İctimai Diplomatiya Bölməsinin maliyyə dəstəyi və Gəncə Avro-Atlantik Məlumat Mərkəzi İB-nin təşkilatçılığı ilə Gəncə şəhərində 21.11.2014 tarixində “Avro-Atlantik təhlükəsizlik sistemində NATO-nun rolu” mövzusunda dəyirmi masa tədbiri keçirilmişdir. GAAMM idarə heyyətinin sədri Mehman Xəlilovun giriş sözü ilə start götürən tədbirdə məruzəçi qismində NATO-nun Cənubi Qafqazda Əlaqələndirici zabiti Vilham Laho, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nümayəndəsi Nadir Saraclı və “Odlar Yurdu” Gənclər İctimai Birliyinin sədri Nigar Ələsgərova çıxış edirdilər. Tədbirdə Gəncə şəhər İcra Hakimiyyəti, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi və KİV nümayəndələri, həmçinin şəhərin fəal gəncləri o cümlədən “Odlar Yurdu” GİB-in fəalları, iştirak edirdi. Tədbir gənclərin Dağlıq Qarabağla bağlı NATO rəsmisinə ünvanlanmış sualları və maraqlı müzakirə formatında uğurla yekunlaşdı.