“Odlar Yurdu” Gənclər İB #BeVoiceOfKarabakh adlı kampaniya ilə informasiya müharibəsinə qoşulmuşdur.
7 oktyabr 2020-ci il tarixindən etibarən “Odlar Yurdu” Gənclər İB #BeVoiceOfKarabakh adlı kampaniya ilə informasiya müharibəsinə qoşulmuşdur.
Kampaniya çərçivəsində müxtəlif fəaliyyətlərlə yanaşı Ermənistan Silahlı
Qüvvələri tərəfindən Azərbaycanın sivil əhalisinə qarşı törədilən cinayətlərə həsr olunmuş video material da hazırlanmışdır.
Tanınmış simaların iştirakı ilə həqiqətləri bir daha diqqətinizə çatdırırıq!