+994 50 466 36 22 info@oygib.az

"Odlar Yurdu" Gənclər İB və Gənc MÜSİAD arasında dostluq görüşü keçirilib.

“Odlar Yurdu” Gənclər İB və Gənc MÜSİAD arasında dostluq görüşü keçirilib.

25-ci Beynəlxalq Biznes Forumu (İBF) çərçivəsində Azərbaycanda səfərdə olan Türkiyənin Gənc Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (Gənc MÜSİAD) sədri və bir qrup nümayəndə heyəti ilə Odlar Yurdu Gənclər İctimai Birliyi (OYGİB) idarə heyəti arasında dostluq görüşü keçirilib.

Görüşdə hər iki tərəf bir-birinin fəaliyyəti ilə yaxından tanış olmuş, gələcək əməkdaşlıqlar barədə müzakirə aparmışdır. Azərbaycandakı yeni sahibkarlıq istiqamətləri, startap ekosistemindəki mövcud problemlər və bunların həlli yolları da müzakirə olunan mövzular arasındaydı.

Həmçinin görüş zamanı iki qurumun birgə fəaliyyəti çərçivəsində keçiriləcək tədbir və layihələr barədə də fikirlər irəli sürülüb.

Dostluq görüşü, OYGİB və Gənc MÜSİAD arasında yaxın zamanda imzalanacaq əməkdaşlıq memorandumunun razılığı alınaraq yekunlaşıb.

Cavab ver

Visit Us On FacebookVisit Us On TwitterVisit Us On InstagramVisit Us On Youtube