“Odlar Yurdu” Gənclər İB-nin təşkilatçılığı ilə “KönüllüSƏN” layihəsi həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi, “Odlar Yurdu” Gənclər İB-nin təşkilatçılığı ilə “KönüllüSƏN” (4) layihəsi həyata keçirilir.
Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2020-ci il Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilmişdir. Cari layihə də Sərəncamdan irəli gələrək ərsəyə gəlmişdir.
Layihə çərçivəsində sənədli film və kitabça hazırlanır. Bu kitabça peşəkar fəaliyyətinə könüllülüklə başlayıb uğur qazanan könüllü şəxslərin uğur hekayələrini əhatə edir.
Hazırlanan sənədli film və kitabça könüllülük fəaliyyətini təbliğ etməklə bir çox gənci ruhlandırmaq və könüllülüyə təşviq etmək məqsədilə istifadə olunacaq. Xüsusilə sosial problemlərin həllində, fərdlərin şəxsi inkişafında, məsuliyyətli vətəndaş kimi formalaşmasında və gənclərin biliklərinin, bacarıqlarının artırılmasında könüllü fəaliyyətin əhəmiyyətini vurğulamaq üçün maarifləndirici xarakter daşıyacaqdır.