+994 50 466 36 22 info@oygib.az

"Odlar Yurdu" Gənclər İB Prezident İlham Əliyevə təbrik məktub yolladı

“Odlar Yurdu” Gənclər İB Prezident İlham Əliyevə təbrik məktubu yolladı

“Odlar Yurdu” Gənclər İctimai Birliyi Prezident İlham Əliyevə ad günü münasibəti ilə təbrik məktubu yolladı.

Məktubda deyilir: “Hörmətli cənab İlham Əliyev! Doğum gününüz münasibətilə səmimi təbriklərimizi qəbul edin.Sizə möhkəm cansağlığı, firavanlıq və məsul dövləti fəaliyyətinizdə bol-bol uğurlar diləyirik.
Siz Azərbaycanın ümummilli lideri Heydər Əliyevin ideyalarını və prinsiplərini həyata keçirərək Azərbaycan dövlətçiliyinin möhkəmlənməsini uğurla davam etdirirsiniz. Azərbaycan Respublikası Sizin rəhbərliyiniz altında siyasi və iqtisadi inkişafda mühüm uğurlar qazanır, islahatlar və dəyişikliklər, beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi yolu ilə qətiyyətlə irəliləyir.
Bu gün Azərbaycan Sizin müdrik rəhbərliyinizlə cəmiyyətin həyatının bütün sahələrinin müasirləşdirilməsi yolunda ardıcıl və dinamik surətdə irəliləyir. Sizin zəngin siyasi təcrübəniz və yüksək peşəkarlığınız Azərbaycan xalqının rifahının yüksəldilməsi naminə mürəkkəb məsələləri qətiyyətlə və ardıcıl olaraq həll etməyə imkan verir.
Hər bir insanın həyatında illər boyu qazanılmış müdrikliyin, peşəkarlığın, qiymətli biliklərin, əzmkarlığın, iş qabiliyyətinin və öz gücünə inamın nəticəsində verdiyi töhfələr əvəz edilməz olur. Qoy bütün işləriniz uğurlu olsun, nikbinlik və xoş əhval-ruhiyyə Sizi heç vaxt tərk etməsin.Hər yeni gün Sizə əmin-amanlıq, harmoniya və xoşbəxtlik bəxş etsin!Ad gününüz mübarək Bizim Prezident! #BizSizinləGüclüyük.”


Dərin hörmət və sevgilərlə “Odlar Yurdu” Gənclər İctimai Birliyinin kollektivindən.

Cavab ver

Visit Us On FacebookVisit Us On TwitterVisit Us On InstagramVisit Us On Youtube