+994 50 466 36 22 info@oygib.az

“Odlar Yurdu” Gənclər İctimai Birliyi UNDP-nin və Avropa Birliyinin həyata keçirdiyi layihənin iştirakçısı olmaq haqqı qazanıb.

“Odlar Yurdu” Gənclər İctimai Birliyi UNDP-nin və Avropa Birliyinin həyata keçirdiyi layihənin iştirakçısı olmaq haqqı qazanıb.

“Odlar Yurdu” Gənclər İctimai Birliyi BMT-nin İnkişaf proqramı (UNDP) və Avropa Birliyinin (EU) həyata keçirdiyi layihənin iştirakçısı olmaq haqqı qazanıb. Layihə çərçivəsində birliyin komandası potensialın qiymətləndirilməsi və təlim ehtiyaclarının müəyyən edilməsi üçün müxtəlif sorğularda, müsahibələrdə, qrup müzakirələrində iştirak edəcək. Növbəti mərhələdə komanda ətraf mühit, icma layihələri, gender və digər mövzular üzrə təlim sessiyalarında iştirak edəcək.

Layihənin ümumi məqsədi Azərbaycanda dinamik, dayanıqlı və innovasiyalara əsaslanan vətəndaş cəmiyyəti üçün əlverişli muhitin qurulmasına töhfə verməkdir. Layihənin iki spesifik hədəfi var:

  • Vətəndaş Cəmiyyəti Təşkilatlarının siyasətin formalaşdırılmasında iştirak etmək  və yerli inkişafı təşviq etmək imkanlarını artırmaq;
  • Sosial sahibkarlıq və sosial innovasiyalar üçün əlverişli bir ekosistem və potensial yaratmaq.

Cavab ver

Visit Us On FacebookVisit Us On TwitterVisit Us On InstagramVisit Us On Youtube