+994 50 466 36 22 info@oygib.az

"Azərbaycan Cumhuriyyəti 100 ilində" İntellektual Yarışının seçim mərhələsi keçirilib.

“Azərbaycan Cumhuriyyəti 100 ilində” İntellektual Yarışının seçim mərhələsi keçirilib.

“Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşəbbüs və təşkilatçılığı, “Qrinviç” Təhsil Mərkəzinin tərəfdaşlığı ilə keçirilən, Azərbaycan Xalq Cumhuriyyətinin 100-cü il dönümünə həsr olunmuş  “Azərbaycan Cumhuriyyəti 100 ilində” İntellektual Yarışının seçim mərhələsi keçirilib.

Yarışda Gəncə şəhərində fəaliyyət göstərən bütün ali təhsil və orta ixtisas təhsil müəssisələri iştirak edib. AzTU, ADAU, GDU, Gəncə Regional Kolleci və Musiqi Kollecinin hər birindən 10 komanda intellektual yarışda iştirak edib. Qalib komandalar müəyyən edilib.

Tədbirin keçirilməsində əsas məqsəd dövlətçilik ənənələrinə, tariximizə, milli kimliyimizə diqqət, gənclər arasında cümhuriyyət ruhunun qorunması, azərbaycançılıq təfəkkürünün möhkəmlənməsinə və zənginləşdirilməsinə, həmçinin gələcək nəsillərin müstəqil dövlətçilik ideyaları əsasında tərbiyə olunmasına xidmət edir.

Cavab ver

Visit Us On FacebookVisit Us On TwitterVisit Us On InstagramVisit Us On Youtube