“Mini MBA-hər kəs üçün” proqramı yekunlaşdı.
“Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Mini MBA-hər kəs üçün” proqramı yekunlaşdı.
Proqramın təltifetmə mərasimi Qəbələdə, aprel qazisi Arzu Allahverdiyevin evində keçirilib.
2 fevral Gənclər Günündə icrasına başlanan proqram təmamilə ödənişsiz həyata keçirildi və ümumilikdə 20 nəfər gənc məzun oldu.
“Qazimiz Arzu Allahverdiyevin evində, ailəsi, valideynləri ilə tanış olduq. Bu tədbiri qazimizlə keçirməkdə məqsədimiz gənclərimizi onun kimi cəsarətli gənclə tanış etmək, vətən uğrunda fədakarlıq nümunəsini təbliğ etmək və ona minnətdarlığımızı kiçik bir addımla ifadə etməyə çalışmaq idi” deyə birliyin sədri Nigar Ələsgərova səfərin mahiyyətini izah edib.
Layihənin rəhbəri və dərslərin əsas moderatoru Hamlet Məmmədov (İnformasiya Texnologiyalarının idarə edilməsi üzrə ekspert, Xalq Bankının İT İdarəsinin Pul köçürmə sistemləri şöbəsinin rəisi, ADA Universiteti və Maastricht School of Management MBA məzunu), peşəkar mütəxəssislər İmran Bağırov (Biznesin idarə edilməsi, sahibkarlıq fəaliyyəti üzrə ekspert, Azercell şirkətinin Starategiya və İnnovasiya Departamentinin rəhbəri), Anar İbrahimov (Marketing araşdırmaları üzrə ekspert,ERA Marketing Mərkəzinin əməliyyat direktoru) ,Jəlal Rayi (Maliyyə və Risklərin idarə edilməsi üzrə analitik, Xalq Bankının Risklərin İdarə Edilməsi üzrə mütəxəssisi),Alim Şəntürk (Bayburt Group inşaat Holdinqinin CEO-su), İlkin Quliyev (satışın təşkili, marketinq və brendinq üzrə ekspert) tərəfindən keçirilən təlim/kurslarda iştirak edən gənclər biznesin idarə olunması istiqamətində vacib biliklərə sahibləndilər.