+994 50 466 36 22 info@oygib.az

"Odlar Yurdu" GİB-in növbəti uğuru

“Odlar Yurdu” GİB-in növbəti uğuru

Növbəti təltif …
8 Mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə Heydər Əliyev Mərkəzində bayram tədbiri keçirilib. Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər rəsmiləri, Gəncənin ictimai-siyasi həyatında yaxından iştirak edən fəal qadınlar, gənclər iştirak ediblər. İcra başçısı 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə hər zaman dövlətçiliyimizin möhkəmlənməsində fəal mövqedə dayanan, yorulmaz mübarizə əzmi göstərən Gəncənin bütün qadınlarını təbrik edib, onlara xoşbəxtlik və səadət, firavan həyat, uzun ömür, can sağlığı arzulayıb.
Tədbirdə həmçinin AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, YAP Gəncə şəhər Təşkilatı Qadınlar Şurasının sədri Pərvin Kərimzadə və digər şəhər ziyalıları çıxış ediblər.
Toplantıda Şəhər İcra Hakimiyyəti tərəfindən fəal qadınlardan bir qrupuna Fəxri fərmanlar, qiymətli hədiyyələr və təravətli gül-çiçəklər təqdim olunub.
“Odlar Yurdu” GİB-in sədri Nigar Ələsgərova da Gəncə şəhərinin ictimai həyatında və sosial-iqtisadı inkişafında səmərəli fəaliyyətinə görə təltif olunmuşdur.

Cavab ver

Visit Us On FacebookVisit Us On TwitterVisit Us On InstagramVisit Us On Youtube