+994 50 466 36 22 info@oygib.az

"Odlar Yurdu"GİB-in rəhbərliyi Bolqarıstanda

“Odlar Yurdu”GİB-in rəhbərliyi Bolqarıstanda

“Odlar Yurdu” Gənclər İctimai Birliyinin rəhbərliyi Bolqarıstanda beynəlxalq layihədə iştirak edib.
Beləki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) tam hüquqlu üzv təşkilatı olaraq “Odlar Yurdu” GİB ARGTMŞ-nın tərəfdaşı olduğu, Bolqarıstanın “Alternativ İnternational” təşkilatı tərəfindən “Erasmus Plus” Proqramı çərçivəsində həyata keçirilən “Könüllülük- Uğura Aparan Yol” adlı beynəlxalq tədbirdə Azərbaycanı təmsil edib. Beynəlxalq tədbirdə Azərbaycanla yanaşı Bolqarıstan, Gürcüstan, Makedoniya, Cexiya Respublikası və Rumıniyada təmsil olunub.
Tədbirin məqsədi tədbirdə təmsil olunan ölkələrin iştirakçıları arasında konüllülüklə bağlı təcrübə mübadiləsinin aparılması və gənclərin könüllülük fəaliyyətinə cəlb olunması ilə məşğulluğunun artırılmasının yeni modellərinin formalaşdırılmasıdır. Tədbir həmçinin Avropa ölkələrinin gəncləri arasında tolerantlıq, qarşılıqlı anlaşma və həmrəyliyin təşviq edilməsini nəzərdə tutur.
Layihədə Azərbaycan təmsilçiləri tərəfindən “Azərbaycan Könüllülük Xidməti” Proqramı haqqında, gənclərin məşğulluğu haqqında ,həmçinin Gəncə Avropa Gənclər Paytaxtı 2016 haqqında təqdimatlar həyata keçirilib. Tədbirin son günündə keçirilən mədəniyyət gecəsində də Azərbaycan uğurla təmsil olunub. Azərbaycanın qədim, milli rəqsləri, mətbəxi, musiqiləri və geyimləri, eləcə də Azərbaycanın cari inkişafını əks etdirən video-çarxlar, ev sahibliyi etdiyi beynəlxalq tədbirlər iştirakçıların nəzərinə çatdırılıb.
Tədbir cari ilin 27 oktyabr-3 noyabr tarixlərini əhatə edirdi.

Cavab ver

Visit Us On FacebookVisit Us On TwitterVisit Us On InstagramVisit Us On Youtube