“Sahibkarların I beynəlxalq onlayn forumu – Bakı 2020” keçiriləcək
İlk dəfə olaraq “Sahibkarların I beynəlxalq onlayn forumu – Bakı 2020” keçiriləcək.
22-23 sentyabr tarixlərində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə təşkil olunacaq onlayn forumun məqsədi koronavirus (COVID-19) pandemiyası şəraitində və postpandemiya dövründə sahibkarların motivasiya edilməsi və beynəlxalq təcrübənin öyrənilməsidir.
“Odlar Yurdu” Gənclər İB-nin də tərəfdaşı olduğu forumda iştirak üçün son qeydiyyat tarixi 21 sentyabr saat 15:00-dır.
Qeydiyyat linki: https://bit.ly/33e0toZ