SİNERJİ Forumu Gəncədə
Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Daha yaxşı sabah üçün” layihəsi çərçivəsində Bakının ardınca Gəncə şəhərində də “SİNERJİ” Forumu keçirilib.
Açılış nitiq ilə birliyin baş katibi Təhminə Cəfərova çıxış edib, QHT və özəl qurumların əməkdaşlığının vacibliyi və əhəmiyyətinə toxunub.
Forumda Gəncə ş., İcra Hakimiyyəti nümayəndəsi Kənan Məmmədov, Gənclər və İdman Baş İdarəsinin rəisi Muşfiq Cəfərov, Türkiyənin ölkəmizdəki Konsulu Orhan İşık, Gürcüstan Konsulluğundan vitse konsul Qoca Qocaşvili, fəal gənclər, gənc sahibkarlar və KİV nümayəndələri iştirak edib. Qonaqlar forumun mahiyyəti və mövzusu haqqında müsbət fikirlər səsləndirilib.
KSM üzrə müstəqil ekspertin təqdimatı və müzakirələrlə iştirakçılar forum mpvzusu haqqında geniş məlumat əldə ediblər.