+994 50 466 36 22 info@oygib.az

"Sosial iş=Cəmiyyətin İnkişafı" I Forum (07.06.2014)

“Sosial iş=Cəmiyyətin İnkişafı” I Forum (07.06.2014)

Avropanın 2016-cı ildə Gənclər Paytaxtı Gəncə şəhərində Respublikada ilk dəfə olaraq “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi və “Gəncə 2016 Avropa Gənclər Paytaxtı” İctimai Birliyinin tərəfdaşlığı ilə “Sosial iş=Cəmiyyətin İnkişafı” adlı I Forum 07.06.2014-cü il tarixində Heydər Əliyev Mərkəzində həyata keçirildi.
Forumun keçirilməsində əsas məqsəd sosial iş, sosial məsuliyyət anlayışını gənclərə təbliğ etmək , mahiyyətini, cəmiyyətin inkişafına təsirini izah etməklə könüllü sosial işlə məşğul olan gənclər şəbəkəsini yaratmaqdır.
Forumda Bakı şəhərindən dəvət olunmuş ekspertlər, Gəncə şəhərindən rəsmilər, AzGF-nun rəsmiləri, QHT nümayəndələri öz dəyərli fikirlərini səsləndirdilər. Gənclərin böyük rəğbətinə səbəb olan forum aktiv müzakirə, sual-cavab formatında davam etdi. Yekunda sosil işin gənclər arasında təbliği ilə bağlı təkliflər paketi hazırlandı, “Odlar Yurdu”GİB-in nəzdində “Sosial İşçilər Bankı”nın yaradılması qərara alındı. Forumun fəal iştirakçılarına Şəhadətnamələr təqdim olundu. Həmçinin Birliyimizin tərəfdaşı DLARON D’LARON Perfumes & Cosmeticsdən forumun ekspertlərinə hədiyyələr təqdim olundu. Forum uğurla yekunlaşdı.

Cavab ver

Visit Us On FacebookVisit Us On TwitterVisit Us On InstagramVisit Us On Youtube