+994 50 466 36 22 info@oygib.az

"Təhsil Sərgisi"- 08.04.2014

“Təhsil Sərgisi”- 08.04.2014

Odlar Yurdu” GİB işçi heyyəti və dəyərli üzvləri ilə birgə “Türkiyə Universitetlərinin Təhsil Sərgisi” ndə iştirak edib.

Bu gün ilk dəfə olaraq, Gəncə şəhər İcra Hakimiyyətinin və “Academy Group” Xaricdə Təhsil Mərkəzinin dəstəyi ilə Gəncədə “Vego” otelində Türkiyə universitetlərinin təhsil sərgisi təşkil olunub.
Sərgidə Türkiyənin İstanbul Kültür Universiteti, Selçuk Universiteti, Sinop Universiteti, İstanbul Aydın Universiteti, Yaşar Universiteti, Erzurum Atatürk Universiteti, Bozok Universiteti, Sabancı Universiteti, Kastamonu Universiteti, İstanbul Şehir Universiteti və s. universitetləri təmsil olunub. Türkiyənin bir sıra dövlət universitetləri ilə bərabər vəqf universitetləri də yer alıb.
Sərgidə Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Naqif Həmzəyev, Türkiyənin Gəncədəki Konsulluğunun müavini Neslihan Altay, Gəncə Dövlət Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetinin nümayəndələri, gənclər, tələbələr və valideynlər iştirak ediblər.

Cavab ver

Visit Us On FacebookVisit Us On TwitterVisit Us On InstagramVisit Us On Youtube