+994 50 466 36 22 info@oygib.az

TABİAT HƏRƏKATI BAŞLADI

TABİAT HƏRƏKATI BAŞLADI

“Türkiyə Azərbaycan Birliyinin İnkişafı adına Ağacəkmə Təşəbbüsü” – TABİAT  iki ölkə arasında mövcud dostluq və qardaşlıq münasibətlərinə söykənən bir hərəkatdır. Hərəkat Türkiyə Respublikası ərazisində  28 iyul 2021-ci il tarixindən etibarən başlayan meşə yanğınlarının nəticələrinin aradan qaldırılması məqsədilə başladılmışdır. Başladılmış hərəkat çərçivəsində Türkiyənin yanmış meşə zolaqlarında Azərbaycan vətəndaşlarının dəstəyi ilə TABİAT meşələri salınacaq.

Hərəkatın əsas missiyası ölkəmizin işğaldan azad edilmiş torpaqlarının hər qarışında Türkiyənin dəstəyi olduğu kimi, qardaş ölkənin yanmış meşələrinin bərpasında da Azərbaycanın dəstəyini hiss etdirməkdir.

Məlumat üçün  qeyd edək ki, bugünkü məlumatlara əsasən ümumilikdə Türkiyədə 35 şəhərdə  129 yanğın hadisəsi baş verib.  Yanğın zamanı kütləvi şəkildə yaşıllıqlar, saysız heyvan və canlı aləm məhv olub.  İlkin hesablamalara əsasən 1 hektar ərazinin yaşıllığının bərpası üçün 2000 ağac əkilməlidir. Bir ağac üçün lazım olan məbləğ 2 AZN (10 TL) nəzərdə tutulur . (mənbə: TEMA vakfı)

Qeyd edək ki, TABİAT hərəkatı çərçivəsində Azərbaycan vətəndaşlarının dəstəyi ilə salınacaq meşə zolağının ərazisi bir şəhər üçün minimum 15 hektar olaraq nəzərdə tutulur.

Hərəkat “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşəbbüsü ilə  3 avqustdan etibarən başlayır və 3 ay müddətində davam edəcək. Toplanan məbləğin idarə olunması və istifadəsi şəffaf şəkildə ictimaiyyətə periodik hesabatlar şəklində təqdim ediləcək.

Hərəkata qoşulmaq, dəstək olmaq və  davamlı məlumat əldə etmək üçün keçid

#TABİAT #CanTurkiye #HelpTurkey

Cavab ver

Visit Us On FacebookVisit Us On TwitterVisit Us On InstagramVisit Us On Youtube