+994 50 466 36 22 info@oygib.az

“The real truth about Karabakh history” adlı layihə çərçivəsində müsabiqə elan olunur.

“The real truth about Karabakh history” adlı layihə çərçivəsində müsabiqə elan olunur.

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən “The real truth about Karabakh history” adlı layihə həyata keçirilir. Layihə çərçivəsində Qarabağa aid sənədli film çəkilir.

Layihənin əsas məqsədi gənclər arasında Qarabağ tarixi haqqında məlumatlılığı artırmaq, beynəlxalq səviyyədə maarifləndirici material hazırlamaqdır.

Eyni zamanda layihə Qarabağla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasını hədəfləyir. Film tarixi faktlara əsaslanmaqla təkcə Azərbaycanın yox, həm də dünya tarixçilərinin bu barədə araşdırmalarını özündə əks etdirəcək.

Əgər siz də sənədli filmə öz töhfənizi vermək istəyirsinizsə bu müsabiqə məhz sizin üçündür. Filmdə əksini tapmasını istədiyiniz tarixi faktlar, real hadisələr, insanların taleyini əks etdirən hekayə və əhvalatlar bilirsinizsə odlaryurduyouth@gmail.com e-poçt ünvanına göndərməklə filmin ərsəyə gəlməsinə töhfə vermiş olacaqsınız. Ən maraqlı təkliflər dəyərləndiriləcək və filmdə yer alacaqdır.

Gənclərimizi #Qarabağ üçün faydalı layihədə aktiv iştiraka dəvət edirik.

Cavab ver

Visit Us On FacebookVisit Us On TwitterVisit Us On InstagramVisit Us On Youtube