+994 50 466 36 22 info@oygib.az

"ÜFÜQ Azərbaycan" Türkiyə-Azərbaycan Gənclərinin İş Dünyasına İnteqrasiyası

“ÜFÜQ Azərbaycan” Türkiyə-Azərbaycan Gənclərinin İş Dünyasına İnteqrasiyası

“Odlar Yurdu” Gənclər İctimai Birliyi, Gənc MÜSİAD Azərbaycan və ASAP-ın birgə təşkilatçılığı “ÜFÜQ Azərbaycan” – Türkiyə-Azərbaycan Gənclərinin İş Dünyasına İnteqrasiyası adlı panel görüşü həyata keçirilib. Azərbaycan Texniki Universitetinin ev sahibliyi etdiyi görüşün keçirilməsində məqsəd gənclərin peşəkar iş dünyasına inteqrasiya olması üçün lazım olan ilkin bilikləri əldə etməsinə şərait yaratmaq idi.

Panel görüşünün spikerləri arasında MÜSİAD-ın və IBF-in (International Business Forum) qurucusu Erol Yarar, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, MÜSİAD Azərbaycanın rəhbəri Abdurrahman Uzun, Gənc MÜSİAD-ın rəhbəri Yunus Furkan Akbal və HR Option şirkətinin təsisçisi və rəhbəri Xəqani Səfərov yer alırdı. Birliyimizin sədri Nigar Ələsgərova panel görüşünün moderatorluğunu həyata keçirirdi. Görüş zamanı spikerlər mövzu ilə əlaqəli öz bilik və təcrübələrini gənclərlə bölüşdülər. Həmçinin gənclərin səsləndirdiyi suallar da spikerlər tərəfindən cavablandırıldı.

Tədbirin sonunda panel görüşünün tərəfdaşlarından olan “Ballı Bisi” şirkəti tərəfindən qonaqlara hədiyyələr təqdim olunub və xatirə fotosu çəkdirilib.

Cavab ver

Visit Us On FacebookVisit Us On TwitterVisit Us On InstagramVisit Us On Youtube