+994 50 466 36 22 info@oygib.az

“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində sakinlərin məlumatlandırılması prosesi baş tutub.

“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində sakinlərin məlumatlandırılması prosesi baş tutub.

“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi
çərçivəsində İsmayıllının Buynuz, Xanagah,Təzəkənd kəndlərinin və Lahıc qəsəbəsinin sakinlərinin məlumatlandırılması baş tutub. Beləki 16-17 oktyabr tarixində kənd sakinlərinin evlərinə gedilib, onlara layihənin braşurları təqdim edilib və layihədə iştiraka cəlb ediliblər. Ümumilikdə 300 nəfərə yaxın kənd sakibi layihə haqqında məlumat əldə edib. Vətəndaşların könüllü müraciətindən sonra seçilən vətəndaşlarla növbəti görüş keçiriləcək. Onların gözləntiləri öyrənilməklə, layihənin mərhələləri haqqında daha geniş məlumat veriləcək. Uyğun namizədlərin seçilməsindən sonra kənd sakinlərinə peşəkar təlimlər keçiriləcək, sahibkarlıq subyektləri təmir olunacaq və müvafiq aktivlərlə təmin olunacaq. Nəticədə kənd turizmi sahəsində 15 sahibkarlıq subyekti təsis olunacaq. 60-a yaxın şəxsin özünüməşğulluğu təmin ediləcək.

“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, Dövlət Məşğulluq Agentliyinin tərəfdaşlığı ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi kəndlərdə sahibkarlığın inkişafı, məşğulluğun təmin edilməsi və əhalinin rifah halının yaxşılaşdırılmasına xidmət etməkdir.

Visit Us On FacebookVisit Us On TwitterVisit Us On InstagramVisit Us On Youtube