+994 50 466 36 22 info@oygib.az

“ProjectMan” layihəsinə start verilir!

“ProjectMan” layihəsinə start verilir!

Azərbaycan Gənclər Fondunun və Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) dəstəyi ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən “ProjectMan” layihəsi həyata keçirilir.

Layihənin əsas məqsədi gənclərin layihə yazılması və idarə edilməsi sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsinə xidmət etməkdir. Layihə çərçivəsində gənclər üçün 8 gün davam edən interaktiv təlim proqramı həyata keçiriləcək. 9-16 mart tarixlərində baş tutacaq təlimlərin əsas mövzuları arasında “Yerli və beynəlxalq standartlara uyğun formada layihələrin yazılması”, “İdarəetmə bacarığının formalaşdırılması”, “Komanda işinin təşkili”, “Böhran vəziyyətinin idarə edilməsi” və s. mövzular yer alır. Bundan əlavə, layihə çərçivəsində gənclər araşdırma bacarığı, kommunikasiya qurmaq bacarığı, donorlarla işləmə etiketləri və bir sıra digər önəmli bacarıqlara yiyələnəcəklər.

“ProjectMan” layihəsinə 18-29 yaş aralığındakı 20 fəal gənc seçiləcək. Layihədə iştirak etmək istəyən gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:

https://forms.gle/Gp16n3WvbEr6vSjJ7

Layihəyə müraciət üçün son tarix 2 mart saat 18:00-dır.

Cavab ver

Visit Us On FacebookVisit Us On TwitterVisit Us On InstagramVisit Us On Youtube