Bakıda gənc qadınlar üçün “Women Online” layihəsi həyata keçiriləcək.
Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə 24-26 fevral 2023 tarixlərində “Women Online – Gənc sahibkar qadınların rəqəmsal bacarıqlarının artırılması layihəsi” həyata keçiriləcək. Layihə Azərbaycan Respublikasının müxtəlif regionlarından olan 50 gənc qadın sahibkarın rəqəmsal dünya haqqında bilik və bacarıqlarının formalaşdırılması, inkişaf etdirilməsi, Azərbaycan bazarının tanıdılması, rəqəmsal məkanda önəmli yerə sahib olan insanların tərcrübələrinin göstərilməsi və onlar arasında netvörkinqin qurulması məqsədini daşıyır.
Layihə 15 nəfəri regionlardan olmaqla, ümumilikdə 50 nəfər, 18-29 yaş aralığında olan gənc sahibkar qadını əhatə edəcək. Lahiyə çərçivəsində iştirakçıların sosial media savadlılığının artırılması istiqamətində, rəqəmsallaşmanın yolları, rastlana biləcək çətinlikləri, bu çətinliklərlə mübarizə yolları, bu yolda diqqətə alınmalı nüanslar və s. bu kimi mövzularda seminarlar, vörkşoplar və təlimlər baş tutacaq.
Qeyd edək ki, layihə “Odlar Yurdu” Gənclər İctimai Birliyinin prioritet istiqamətlərindən biri olan “Gənclər arasında sahibkarlığın inkişafı” istiqamətində həyata keçiriləcəkdir.
Layihənin davamiyyəti və görülən işlər təşkilatın sosial media hesabları, eləcə də media vasitəsi ilə ictimaiyyətə açıq halda paylaşılacaqdır.
Müraciət linki: