+994 50 466 36 22 info@oygib.az

“Women Online” gənc qadın sahibkarların rəqəmsal bacarıqlarının artırılması layihəsinin bağlanış mərasimi keçirilib.

“Women Online” gənc qadın sahibkarların rəqəmsal bacarıqlarının artırılması layihəsinin bağlanış mərasimi keçirilib.

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Women Online” gənc sahibkar qadınların rəqəmsal bacarıqlarının artırılması layihəsinin bağlanış mərasimi həyata keçirilib. Mərasimdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Regional layihələrlə iş və monitorinq şöbəsinin müdiri Eldəniz Əmirov, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin əməkdaşı Zülfiyyə Mustafayeva, KOB Subyektləri və Klublarının Assosiasiyasının idarə heyətinin sədri Nigar Ələsgərova, digər qonaqlar və gənclər iştirak ediblər. Mərasimdə çıxış edən “Odlar Yurdu” Gənclər İctimai Birliyinin sədri Xəzər Cabbarlı tədbir iştirakçılarına birliyin fəaliyyəti və layihə haqqında ətraflı məlumat verib. Daha sonra KOBİA rəsmisi agentliyin sahibkarlar üçün təklifi etdiyi xidmət və imkanlar barədə gəncləri məlumatlandırıb. Bundan əlavə layihə iştirakçılarından biri tədbirdə çıxış edərək layihə haqqında öz təəssüratlarını bölüşüb. Mərasimdə iştirak edən “Marcom” şirkətinin direktoru Ceyhun Fərzəliyev layihədə iştirak edən gənc sahibkar qadınların biznes sahələri üzrə onlara real keyslər və təcrübələrə əsaslanan vacib məlumatlar və öz tövsiyələrini verib. Tədbirin sonunda layihə iştirakçılarına sertifikatlar təqdim olundu və xatirə fotosu çəkildi.

Nəzərinizə çatdıraq ki, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən layihə gənc qadın sahibkarın rəqəmsal dünya haqqında bilik və bacarıqlarının formalaşdırılması, inkişaf etdirilməsi, Azərbaycan bazarının tanıdılması, rəqəmsal məkanda önəmli yerə sahib olan insanların tərcrübələrinin göstərilməsi və onlar arasında netvörkinqin qurulması məqsədini daşıyır.

Qeyd edək ki, layihə “Odlar Yurdu” Gənclər İctimai Birliyinin prioritet istiqamətlərindən biri olan “Gənclər arasında sahibkarlıq fəaliyyətinin təbliği” istiqamətində həyata keçirilir.

Cavab ver

Visit Us On FacebookVisit Us On TwitterVisit Us On InstagramVisit Us On Youtube