Beynəlxalq Ahıllar Günü ilə əlaqədar olaraq “Qocalar evi”nə ziyarət edildi.
“Odlar Yurdu” Gənclər İctimai Birliyi 1 oktyabr 2013 – cü il tarixində Beynəlxalq Ahıllar Günü ilə əlaqədar olaraq “Qocalar evi”nə ziyarət etmişdir.Birliyin təşkilatçılığı və üzv gənclərin təşəbbüsü ilə həyata keçirilən aksiyanın əsas məqsədi gənclərə humanist ideyaların aşılanmasından ibarət olmuşdur. Aksiyada iştirak edən və dəstək olan gənclərimizə öz dərin təşəkkürümüzü bildiririk!