“Xocalıya Ədalət” aksiyası həyata keçirilib.
Gəncə şəhərində “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Xocalıya Ədalət” aksiyası həyata keçirilib. Aksiyada təşkilatın fəal gəncləri və şəhər sakinləri iştirak etmişlər. Aksiyanın 3-cü günündə az yaşlılar da Xocalıya ədalət istədilər. Məlumat üçün bildiririk ki, bu aksiya Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Justice for Khojaly” hərəkatına dəstək olaraq keçirilir. Aksiyanın davamı olaraq 23 fevral 2013-cü il tarixində “Odlar Yurdu” Gənclər İctimai Birliyi Xocalı faciəsinin 21-ci il dönümünə həsr olunmuş anım mərasimi keçirmişdir.