Beynəlxalq Gənclər Günündə 12.08.2014
“Odlar Yurdu” Gənclər İctimai Birliyi Beynəlxalq Gənclər Günündə Beynəlxalq layihəyə başladı. Beləki Avropanın 2016-cı il Gənclər Paytaxtı Gəncə şəhərində “Art and Sport : hand in hand” Youth Exchange (“İncəsənət və İdman : əldən ələ” Gənclər Mübadiləsi) adlı Beynəlxalq layihə start götürdü. Layihə Avropa Komissiyası Norveç Milli Agentliyi tərəfindən “Erasmus+” (youth in action) proqramı çərçivəsində maliyyələşdirilib. Məlumat üçün bildirək ki, “Erasmus+” proqramının Azərbaycanda ilk layihəsi məhs Gəncə şəhərində “Odlar Yurdu” GİB-in təşkilatçılığı ilə həyata keçirilir. 11 – 19 Avqust tarixlərini əhatə edən Beynəlxalq layihə Norveçin Overhalla Kommune Təşkilatının əməkdaşlığı , Gəncə şəhər İcra Hakimiyyəti və “Zəka”Gənclərin İntellektual və Yaradıcılıq İnkişaf Mərkəzinin tərəfdaşlığı ilə 6 ölkədən 42 gənci biraraya gətirib.
Layihənin məqsədi sağlam həyat tərzini təbliğ etmək, gənclərə gündəlik həyatlarında idmanla məşğul olmalarını təşviq etməklə ,onlara bu vərdişin nə qədər əhəmiyyətli olduğunu çatdırmaq, həmçinin incəsənət sahəsinə maraq yaratmaqla onlara öz potensiallarını aşkar etmək şəraiti yaratmaqdır. Layihənin icrası zamanı Avropanın 2016-cı ildə Gənclər Paytaxtını daha geniş təbliğ etmək, digər regionlarımızla xarici ölkə gənclərini tanış etmək məqsədi ilə müxtəlif ekskursiyalar, gəzintilər, görüşlər nəzərdə tutulub.
Layihədə Azərbaycan, Belarusiya, Sloveniya, Türkiyə, Gürcüstan və Norveçdən olan gənclər iştirak edəcəklər.