+994 50 466 36 22 info@oygib.az

“Creatweet” - #NAYORA

“Creatweet” – #NAYORA

1-ci Avropa Oyunlarına dəstək olaraq “twitter”də Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən həyata keçirilən kampaniyanın ən fəal iştirakçı təşkilatlarından biri BİZ idik.
Kompaniyada Bakıdan sonra ən fəal iştirak edən #Baku2015 həştaqı ilə bərabər #HelloGanja həştaqını ən çox paylaşılan həştaqlar içərisində 4-cü edən BİZ idik.
Gənclərimiz gərgin mübarizədə ən fəal region olaraq aktiv iştirak etdilər və Aytac Hüseynli ən aktiv dəstəkçilərdən biri kimi mükafatlandı. Həmçinin Təhminə Cəfərova, Murad Əhmədov, Faiq Şükürov da kompaniyada aktiv iştiraklarına görə şəhadətnamələrlə təltif olundular.

Məlumat üçün bildirək ki, ARGTMŞ ofisində, təşkilat tərəfindən “Bakı 2015” 1-ci Avropa Oyunlarına dəstək olaraq həyata keçirilən kampaniyanın mükafatlandırma mərasimi olimpia oyunlarının açılış mərasimi günü (12.06.2015) keçirilib.
Avropa Oyunları ərəfəsində kampaniyanın iştirakçısı olan 43 nəfər tərəfindən #Baku2015 haşteqi ilə 46 653 tvit yazılıb. Kampaniya çərçivəsində yazılan tvitlər son 1 ay ərzində bütün dünya üzrə #Baku2015

haşteqi ilə yazılan tvitlərin 34,74%-ni təşkil edib.

Cavab ver

Visit Us On FacebookVisit Us On TwitterVisit Us On InstagramVisit Us On Youtube