“Dəyər” Şəhid Ailələrindən Olan Gənc Qadınların İşlə Təmin Olunmasına Dəstək layihəsi üçün qeydiyyat başladı.
“Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşəbbüsü ilə 8 Noyabr — Zəfər Gününə həsr olunmuş “Dəyər” Şəhid Ailələrindən Olan Gənc Qadınların İşlə Təmin Olunmasına Dəstək layihəsi həyata keçirilir.
Layihənin icrasında əsas məqsəd II Qarabağ müharibəsi şəhidlərinin ailələrindən olan gənc qadınların işlə təmin olunması üçün imkan yaratmaq və onların cəmiyyətə inteqrasiyasına dəstək olmaqla yanaşı, gənclər arasında milli-mənəvi dəyərlərə hörmət və sevgini təbliğ etməkdir.
Layihə çərçivəsində müraciət edən qadınların seçdiyi sahə üzrə bilik və bacarıqlarının artırılması, onlara peşəkar təlim və masterklasların keçirilməsi, müxtəlif şirkət və qurumlarda mövcud olan təcrübə proqramlarına cəlb edilməsi, layihəni uğurla tamamlayan qadınların işlə təmin olunmasına imkan yaradılması və bu prosesdə iştirakçılara mentorluq dəstəyinin göstərilməsi nəzərdə tutulur. Bu istiqamətdə müxtəlif özəl şirkət və qurumlarla tərəfdaşlıqlar qurulmaqdadır. Layihəyə tərəfdaş olmaq istəyən şirkət və qurumlar https://forms.gle/ZjH3vJ32uX4Xscfe7 linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Layihəyə müraciət etmək istəyən şəhid ailəsi üzvləri aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://forms.gle/swedmk52x3GaB98z7
Qeyd edək ki, layihəyə müraciət üçün son tarix 30 noyabrdır.