+994 50 466 36 22 info@oygib.az

“Brave Heart” Region Gənclərinin II Sahibkarlıq Forumu keçiriləcək.

“Brave Heart” Region Gənclərinin II Sahibkarlıq Forumu keçiriləcək.

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Brave Heart” Region Gənclərinin II Sahibkarlıq Forumu baş tutacaq.

Layihənin icrasında əsas məqsəd region gənclərinin sahibkarlıq fəaliyyətinə cəlb olunması, bu istiqamətdə onların həvəsləndirilməsi, onların investisiya layihələrinin reallaşdırılması istiqamətində mövcud imkanlar haqqında məlumatlandırılması, öz bizneslərini qurmaları üçün lazım olan ilkin biliklərə sahiblənmələrinə və özünüməşğulluqlarının təmin edilməsinə şərait yaratmaqdır. Forum çərçivəsində region gəncləri uğurlu iş adamları, sahibkarlar və investorlarla görüşmək imkanı əldə edəcək, peşəkar mütəxəssislərin təqdimatlarını dinləyəcəklər. Forum zamanı gənclərin mövcud biznes ideyaları əsasında biznes planının hazırlanması üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən dəstək göstəriləcək, həmçinin gənclərin mövcud sahibkarlıq fəaliyyətləri peşəkarların iştirakı ilə təhlil ediləcək və onların düzgün istiqamətləndirilməsi üçün müvafiq addımlar atılacaq. Bununla yanaşı, layihə çərçivəsində iştirakçılar tərəfindən hazırlanan 10 uğurlu biznes plan Dövlət Məşğulluq Agentliyinə təqdim ediləcək və həmin gənclərin sahibkarlıq fəaliyyətinə başlaması üçün avadanlıqlarla təmin olunmasına imkan yaradılacaq. Forum nəticəsində 10 nəfər gənc sahibkar formalaşmış olacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Dövlət Məşğulluq Agentliyi və Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası da forumun tərəfdaşlarıdır. Forum “Nizami Gəncəvi ili”-nə həsr olunur və 26-27 noyabr tarixlərində Gəncə şəhərində həyata keçiriləcək.

Məlumat üçün bildirək ki, “Brave Heart” Region Gənclərinin Sahibkarlıq Forumu ənənəvi xarakter daşıyır və ilk dəfə 2019-cu ildə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Gəncə şəhərində keçirilib.

Forumda iştirak etmək istəyən region gəncləri aşağıdakı linkdən qeydiyyatdan keçə bilərlər: https://oygib.az/bh-qeydiyyat

Cavab ver

Visit Us On FacebookVisit Us On TwitterVisit Us On InstagramVisit Us On Youtube