Gənclər üçün “Erasmus” proqramı haqqında təlim təşkil edilib
“Odlar Yurdu” Gənclər İctimai Birliyi, “Long Term Planning Association” və “Erasmus Island” şəbəkəsinin birgə təşkilatçılığı ilə 12-13 avqust 2021-ci il tarixində “Erasmus” proqramı mövzusunda 10 saatlıq təlimlər keçirilmişdir.
“Long Term Planning Association” təşkilatının prezidenti və “Erasmus Island” şəbəkəsinin təsisçisi, bu sahədə geniş təcrübəyə malik olan Röyal İsmayılov iştirakçılara mövzu haqqında lazımlı məlumatlar vermişdir. Belə ki, təlimlərin birinci günündə “Erasmus” proqramı barəsində ilkin məlumatlar verilmişdir. Təlim zamanı gənclərlə mövzunun mənimsənilməsi məqsədilə qeyri-formal təhsil metodlarından, müxtəlif oyunlardan istifadə edilmişdir. Eyni zamanda gənclər arasında tanışlıq, kommunikasiyanın gücləndirilməsi məqsədilə müxtəlif fəaliyyətlər icra olunmuşdur. Təlimlərin ikinci günü iştirakçılara “Erasmus” proqramının gənclər üçün yaratdığı imkanlar, 2021-2027-ci illər üçün qəbul edilmiş yeni proqram, “Youthpass” sertifikatı haqqında ətraflı məlumat verilmişdir. Həmçinin, iştirakçılar arasında qrup işləri, layihə ideyalarının təqdimatı və layihələrin yazılması üçün ilkin planlanma həyata keçirilmişdir.
İki gün ərzində keçirilən təlimlərin sonunda gənclər iştiraka dair sertifikatla təltif olunublar.