+994 50 466 36 22 info@oygib.az

"Odlar Yurdu" Gənclər İctimai Birliyi Lerik rayonunun Siyov kəndində

“Odlar Yurdu” Gənclər İctimai Birliyi Lerik rayonunun Siyov kəndində

 
“Odlar Yurdu” Gənclər İctimai Birliyi Lerik rayonunun Siyov kəndində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası ilə birlikdə kənd gənclərinin inkişafı üçün təlimlər təşkil edib. 
 
Təlim çərçivəsində iştirakçılara gənclər üçün yaradılan imkanlar haqqında məlumat, ixtisas və peşə seçimi ilə bağlı tövsiyələr verilib. Bununla yanaşı gənclər müxtəlif öyrədici oyunlar, qrup işləri və müzakirələrdə iştirak edib.
 
Nəzərinizə çatdıraq ki, təlimlər Azərbaycan Gənclər Fondunun dəstəyi, Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə həyata keçirilən “Ucqar kənd gənclərinin inkişafında gənclər təşkilatlarının rolu” layihəsi çərçivəsində həyata keçirilib. Layihənin təşkil edilməsində əsas məqsəd gənclər təşkilatları vasitəsilə ölkəmizin müxtəlif bölgələrində ucqar kəndlərdə yaşayan gəncləri onlar üçün yaradılan fürsətlər barədə məlumatlandırmaq və inkişaflarına dəstək olmaqdır.
 
Layihənin videogörüntüləri:
 

Cavab ver

Visit Us On FacebookVisit Us On TwitterVisit Us On InstagramVisit Us On Youtube