“Fərdi İnkişaf Akademiyası -2” çərçivəsində növbəti seminar Azərbaycan Dövlət Pedaqoji Universitetində baş tutdu.
“Fərdi İnkişaf Akademiyası -2” çərçivəsində növbəti seminar Azərbaycan Dövlət Pedaqoji Universitetində baş tutdu. Anar Məmmədovun təqdimatında keçirilən seminarda “Özünü motivasiya və məqsədqoyma” mövzusu geniş müzakirə olundu.
Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı, “Qrinviç” Təhsil Mərkəzinin və “Sağlam Ailə” Tibb Mərkəzinin tərəfdaşlığı , “Edumap” təhsil portalının informasiya dəstəyi ilə keçirilən layihənin ilk mərhələsi Bakı və Gəncə şəhərində yerləşən ali təhsil müəssisələrində gənclərin fərdi inkişafına xidmət edən təlimlər və seminarları əhatə etdi. İkinci mərhələdə isə seçilmiş gənclərin iştirakı ilə gənclər düşərgəsinin keçirilməsi planlaşdırılır