“Sağlam qida -sağlam həyat tərzi” və reproduktiv sağlamlıq mövzusunda maarifləndirici seminar təşkil edilib.
“Sağlam Ailə” Tibb Mərkəzi – “Odlar Yurdu” Gənclər İB-nin AR Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Fərdi İnkişaf Akademiyası-2” layihəsinin tərəfdaşı idi.
Bu tərəfdaşlıq çərçivəsində bir qrup gənclə “Sağlam Ailə”nin qonağı olundu. Gənclər ödənişsiz qan analizindən keçib, uzman həkimlərin moderatorluğu ilə “sağlam qida-sağlam həyat tərzi” və reproduktiv sağlamlıq mövzusunda maarifləndirici seminar/müzakirədə iştirak etdilər.
Birliyimiz tərəfindən uğurlu əməkdaşlığımızı simvolizə edən Təşəkkürnaməni də “Sağlam Ailə” Tibb Mərkəzinə təqdim etdik.