+994 50 466 36 22 info@oygib.az

Ölkəmizin müstəqilliyinin 26 illiyinə həsr olunmuş “Müstəqil Odlar Yurdu- VI Müstəqillik Kuboku” intellekt turnirini həyata keçirilib.

Ölkəmizin müstəqilliyinin 26 illiyinə həsr olunmuş “Müstəqil Odlar Yurdu- VI Müstəqillik Kuboku” intellekt turnirini həyata keçirilib.

 “Odlar Yurdu” Gənclər İctimai Birliyi və Azərbaycan İntellektual Oyunlar Klubunun birgə təşkilatçılığı, Yeni Yol İB-nin təşkilatı dəstəyi ilə ölkəmizin müstəqilliyinin 26 illiyinə həsr olunmuş “Müstəqil Odlar Yurdu- VI Müstəqillik Kuboku” intellekt turnirini həyata keçirilib.
“Əbədi müstəqillik uğrunda” şüari ilə baş tutan turnirin keçirilməsində əsas məqsəd ölkədə vətəndaşlıq ruhunun daha da yüksəldilməsi, vətənpərvərliyin təbliği və potensial intellektlərin aşkarlanması və qiymətləndirilməsidir. “Nə? Harada? Nə zaman?” intellektual yarış formatında keçirilən turnirə 15 komanda qatılıb. Gərgin mübarizə şəraitində keçən yarışda “Ağ Qara” komandası üçüncü, “Six Pistols” komandası turnir ikincisi olub. Ən çox sualı düzgün cavablandıran “Maqnat” komandası isə “VI Müstəqillik Kuboku”un qalibi olub. Qaliblər turnirin tərəfdaşları Qrinviç Təhsil Mərkəzi və Step Kompüter Akademiyası tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılıblar.


Cavab ver

Visit Us On FacebookVisit Us On TwitterVisit Us On InstagramVisit Us On Youtube