+994 50 466 36 22 info@oygib.az

Gələcəyin sahibkarları üçün həyata keçirilmiş silsilə təlimlər uğurla yekunlaşıb

Gələcəyin sahibkarları üçün həyata keçirilmiş silsilə təlimlər uğurla yekunlaşıb

“Kənd turizmi biznesi necə işləyir?”, “Qonaq evində əlavə satışlar”, “Maliyyənin idarə edilməsi”, “Kənd turizmi biznesində qazanc imkanları”, “Turist xidmətinin təşkili”, “Müştəri ilə ünsiyyət texnikaları”, “Qonaq evində standartlar və təhlükəsizlik” və s. kimi mövzularda keçirilən təlimlərin əsas məqsədi gələcəyin sahibkarlarının bilik və bacarıqlarını inkişaf etdirmək idi.

Layihədə İsmayıllının Buynuz, Xanagah, Sumağanlı, Topçu və Təzəkənd kəndlərindən ümumilikdə 15 sahibkar iştirak edir. Hal-hazırda gələcəyin sahibkarlarının kənd turizmi sahəsində fəaliyyət göstərmələri üçün sahibkarlıq obyektlərinin təmir və təchizat prosesi davam edir.

Qeyd edək ki, layihənin keçirilməsində əsas məqsəd sahibkarlığın inkişafı, özünüməşğulluğun təmin edilməsi və əhalinin rifah halının yaxşılaşdırılmasıdır.

Ümumilikdə layihə çərçivəsində 300 nəfər yaxın kənd sakini məlumatlanıb. Layihə 2020-ci ilin sentyabr ayından etibarən start götürüb və 2021-ci ilin aprel ayında başa çatacaq. Nəticədə 15 sahibkarlıq obyekti təsis olunur ki, onlara fəaliyyət göstərəmələri üçün  lazımi təmir və təchizat dəstəyi göstərilir.

Cavab ver

Visit Us On FacebookVisit Us On TwitterVisit Us On InstagramVisit Us On Youtube