+994 50 466 36 22 info@oygib.az

Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib

Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib.

Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib.

İctimai Şuranın üzvü və birliyimizin sədri Nigar Ələsgərova da iclasda iştirak edib.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yanında İctimai Şuranın 24 sentyabr 2021-ci il tarixində ikinci iclası keçirilib. İclas hibrid formatda olmaqla onlayn və oflayn şəkildə İctimai Şuranın sədr, sədr müavini, katib və üzvlərin iştirakı ilə təşkil edilib.

İclasın əvvəlində İctimai Şuranın sədri Azər Əliyev Şura üzvlərini salamlayaraq, gündəlikdə olan məsələr barədə ətraflı məlumat verib. Daha sonra Şura üzvləri ilə birlikdə gündəlikdə nəzərdə tutulmuş məsələlər haqqında müzakirələr və fikir mübadiləsi aparılıb. İctimai Şuranın üzvləri tərəfindən gənclər və idman sahəsi üzrə gənclərin qarşılaşdığı ümumi problemlər dinlənilib və həll edilməsi istiqamətində təkliflər səsləndirilib.

İclasın sonunda Şuranın fəaliyyətində səmərəliliyi qorumaq üçün fəaliyyət planı müzakirə olunub. Yekunda Şura üzvlərinin təkliflərinə əsasən fəaliyyət planına əlavə və dəyişikliklər edilərək sənəd qəbul edilib.

Cavab ver

Visit Us On FacebookVisit Us On TwitterVisit Us On InstagramVisit Us On Youtube