+994 50 466 36 22 info@oygib.az

Single Blog Title

This is a single blog caption

GƏNCLƏR HƏFTƏSİ 2025: BİRLİKDƏ ÖYRƏNDİK, İNKİŞAF ETDİK VƏ ƏYLƏNDİK!

1-7 fevral tarixlərində baş tutan “Gənclər Həftəsi”, gəncləri bir araya gətirərək yeni dostluqların qurulmasına, fərqli mövzularda maariflənməyə və öz potensiallarını kəşf etməyə imkan yaratdı. Həftə boyunca keçirilən tədbirlər hər bir iştirakçının enerjisini, ideyalarını və ruhunu birləşdirən unudulmaz anlarla dolu oldu.


Gənclər Həftəsi”nin əsas məqsədi gəncləri bir araya gətirərək onların şəxsi inkişafına, sosial aktivliyinə və yeni dostluqlar qurmasına dəstək olmaq idi.

📌 3 Fevral – İlkin Görüş: İlk tədbirdə iştirakçılar yeni insanlarla tanış olaraq fikir mübadiləsi apardı, gələcək imkanlar barədə müzakirələr etdi. Bu görüş, gənclərin ünsiyyət qurmaq və ideyalarını bölüşmək üçün mühüm platforma oldu.

📌 4 Fevral – Seminar:Insun” Yaşam Mərkəzi ilə birgə təşkil olunan seminar çərçivəsində Geştalt Terapevt Fuad Sofizadə gənclik anlayışını fərqli prizmadan izah etdi. “Gənclik yaşda deyil, ruhdadadır!” ideyası ətrafında müzakirələr aparıldı və iştirakçılar yeni baxış bucağı qazandılar.

📌 5 Fevral – “Vision Board” Vörkşopu: Gənclər öz arzularını və hədəflərini vizuallaşdıraraq motivasiyaedici planlar hazırladılar. Bu praktiki fəaliyyət iştirakçılara şəxsi və peşəkar məqsədlərini daha aydın görmək imkanı verdi.

📌 6 Fevral – Voleybol Günü: Həftənin idman tədbiri gəncləri bir araya gətirərək komanda ruhunu gücləndirdi. Əyləncəli və motivasiya dolu bu fəaliyyət iştirakçılar arasında dostluq münasibətlərini möhkəmləndirdi.

“Gənclik enerjini paylaş, yeni imkanlar yarat!” şüarı ilə keçirilən “Gənclər Həftəsi 2025”, gənclərin inkişafı üçün önəmli bir addım oldu. Tədbir iştirakçıları üçün yeni biliklər, şəbəkələşmə və motivasiya baxımından unikal təcrübə qazandırdı.

Cavab ver

Visit Us On FacebookVisit Us On TwitterVisit Us On InstagramVisit Us On Youtube