+994 50 466 36 22 info@oygib.az

"Heydər Əliyev Kuboku-2014" mini futbol turniri

“Heydər Əliyev Kuboku-2014” mini futbol turniri

Gəncə şəhərində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi , “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının və Bakcelin tərəfdaşlığı ilə “Heydər Əliyev kuboku – 2014” mini futbol turniri uğurla yekunlaşdı. 24 iyul tarixində rəsmi açılış mərasimi baş tutan turnirdə Gəncə şəhərində fəaliyyət göstərən ali təhsil ocaqları, şirkətlər, banklar, idarələr ,müxtəlif müəssisələr və təşəbbüs qruplarından ibarət 16 komanda çempionluq uğrunda mübarizə apardı. Keçirilən oyunlar Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının hakimlər briqadası tərəfindən idarə olunurdu.
Turnirin final oyunu və mükafatlandırma mərasimi 24.08.2014 tarixində baş tutdu və “Xəzər” komandası qalib oldu.Qalib və finalçı komandaların üzvləri, turnirin ən yaxşı oyunçu və qapıçısı fəxri fərman,medallar və hədiyyələrlə təltif olundular. “Heydər Əliyev kuboku – 2014” mini futbol turniri layihəsinin əsas məqsədi futbolun gənclər arasında kütləviləşməsi, onların asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin təbliğidir. Layihə iyun- sentyabr ayları daxil olmaqla 3 ay müddətini əhatə edir.

Cavab ver

Visit Us On FacebookVisit Us On TwitterVisit Us On InstagramVisit Us On Youtube