Konstitusiya günü – 12.10.2015
“Odlar Yurdu” Gənclər İctimai Birliyi “Azərbaycan Respublikasının Konstitusiya Günü”ndə gənclər üçün ” Gənclər siyasəti və gənclərlə iş” mövzusunda təlim təşkil etmişdir. 30 nəfərdən çox gəncin iştirak etdiyi təlimdə iştirakçılar gənclər siyasəti, dünya ölkələrində bu siyasətin mahiyyəti, gənclərin hüquqları, gənclərlə iş və s. mövzularda faydalı məlumatlar əldə etmiş, qrup işlərində fəal iştirak etmişlər. Təlimçi Tofiq Sadıxovun təqdimatında keçirilən təlim gənclərin böyük marağına səbəb olub.