“Yerli” Qərb bölgəsində
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilən “Yerli Gənc” Kənd Gənclərinin İnkişaf Proqramı çərçivəsində növbəti təlim sessiyası “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə Samux rayonunun İnstitut qəsəbəsində 20 gəncin iştirakı ilə baş tutub.
“Fərdi İnkişaf Akademiyası” təlimi gənclərin fərdi inkişafları istiqamətində özünə inam kimi vacib vərdişlərin formalaşmasına nail olmaqla onların gələcək fəaliyyətlərinin bütün sahələrində imkanlarının genişləndirilməsi məqsədilə təşkil olunub.Təlim çərçivəsində iştirakçılar əldə etdikləri biliklər əsasında müzakirələrdə iştirak ediblər. Sonda tədbir iştirakçılarının təltifolunma mərasimi keçirilib.Təlim gənclərin böyül marağına səbəb olub.