+994 50 466 36 22 info@oygib.az

Varis Yolçuyevlə görüş (11.11.2015)

Varis Yolçuyevlə görüş (11.11.2015)

“Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşəbbüs və təşkilatçılığı , Gəncə Dövlət Universitetinin ev sahibliyi ilə 10 Noyabr tarixində yazıçı, “İlin ən yaxşı redaktoru” adına layiq görülmüş, gənclərin sevimlisi Varis Yolçuyev ilə görüş keçirildi. Görüşdə Gəncə şəhərinin ictimai fəal gəncləri, ali və orta təhsil müəssələrin nümayəndələri iştirak edib. 150 nəfərə yaxın gəncin iştirakı ilə baş tuta görüş yazıçının əsərləri üzərində maraqlı müzakirələr , sual-cavab, səmimi söhbət mühitində yekunlaşıb. Sonda yazıçı gənclərə imzalı kitablarını hədiyyə edib və görüşdən məmnunluğunu bildirib. “Odlar Yurdu” GİB-in sədr müavini Təhminə Cəfərova da tədbirin sonunda Varis Yolçuyevə Birliyin sədri və kollektivi adından bir daha təşəkkürlərini çatdırmış, Gəncə Dövlət Universitetinə davamlı əməkdaşlıq və bu tədbirə ev sahibliyi etdiyi üçün dərin minnətdarlığını bildirib.
Qeyd edək ki “Odlar Yurdu” Gənclər İctimai Birliyi fəaliyyət göstərdiyi 3 il ərzində hər zaman gənclərin asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi ilə davamlı tədbirlər həyata keçirir. Onların arzu və istəklərini nəzərə alaraq məhşur simalar, yazıçılarla görüşlərini təşkil edir. Gənclərlə ilk belə görüş 29 Aprel 2014 –ci il tarixində Qərb bölgəsində ilk dəfə dünyaşöhrətli yazıçı , xalq yazıçısı, “Şöhrət ordenli” Çingiz Abdullayevlə olmuşdur.

Cavab ver

Visit Us On FacebookVisit Us On TwitterVisit Us On InstagramVisit Us On Youtube