+994 50 466 36 22 info@oygib.az

“KönüllüSƏN 5”- layihəsi çərçivəsində gənclərlə tanışlıq görüşü keçirilib.

“KönüllüSƏN 5”- layihəsi çərçivəsində gənclərlə tanışlıq görüşü keçirilib.

“Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “KönüllüSƏN-5” layihəsinin iştirakçıları ilə tanışlıq görüşü keçirilib. Görüşün əsas məqsədi müsahibə mərhələsindən keçən iştirakçılarla tanışlıq, gənclərə birlik haqqında məlumatın ötürülməsi və gələcək fəaliyyətlərin müzakirəsi idi. Görüş çərçivəsində layihədə iştirak haqqı qazanmış gənclərə birliyin sədri Nigar Ələsgərova, sədr müavini Xəzər Cabbarlı və layihələr üzrə meneceri Əziz Məmmədov tərəfində  son 2 ildə həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib və  gənclərin sualları cavablandırılıb. Həmçinin, gənclərin təcrübə əldə etmək istədiyi sahələr, layihənin təlim proqramı barədə də fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “KönüllüSƏN 5” layihəsinin əsas məqsədi könüllülük hərəkatını gənclər arasında təbliğ etmək, gənclərin gələcək fəaliyyətlərində istifadə edəcəkləri təcrübə, bilik və bacarıqlar əldə etmələrinə şərait yaratmaqdır. Layihə çərçivəsində gənclər şəxsi inkişafları ilə bağlı təlim və kurslara qatılacaq, birliyin icra etdiyi layihələrdə iş prosesinə cəlb olunacaq, o cümlədən bir sıra könüllülük fəaliyyətlərində iştirak edəcəklər. Layihə 3 istiqamətdə, layihə yazılması və idarə edilməsi, ictimaiyyətlə əlaqələr və beynəlxalq əlaqələr üzrə həyata keçiriləcək.

Məlumat üçün bildirək ki,  “KönüllüSƏN” layihəsi ilk dəfə “Odlar Yurdu” Gənclər İctimai Birliyi  tərəfindən 2014-cü ildə Gəncə şəhərində həyata keçirilib. 2018-ci ildə “KönüllüSən-2”, 2019-cu ildə “KönüllüSən-3” layihələri isə Gəncə və Bakı şəhərlərində həyata keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2019 – cu il tarixli Sərəncamı ilə 2020-ci il Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilməsi münasibətilə növbəti – -4” layihəsi həyata keçirilib.

 

 

Cavab ver

Visit Us On FacebookVisit Us On TwitterVisit Us On InstagramVisit Us On Youtube