+994 50 466 36 22 info@oygib.az

"KönüllüSƏN" - I gün

“KönüllüSƏN” – I gün

“Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşəbbüs və təşkilatçılığı,Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi, “Gəncə 2016 AGP” və “Coca-Cola” Azərbaycanın tərəfdaşlığı ilə “KönüllüSƏN” layihəsinin icrasına başlanıb və layihənin ilk günü uğurla başa çatıb. Belə ki iştirakçı gənclərə peşəkar təlimçi tərəfindən “Könüllülük”, “Liderlik”, “Könüllülük həyat tərzi kimi” təlimləri keçirilmişdir. Növbəti 3 gün ərzində gənclərə “İnkişafologiya”, “Könüllünün kareyerası”, “Özgüvən və Motivasiya”, “Uğurun açarı”, “Layihə idarəçiliyi” adlı təlim və seminarların keçirilməsi nəzərdə tutulur. Layihənin sonunda uğurlu iştirakçılarla könüllük müqaviləsi imzalanacaq və həmin gənclər Gəncə-2016 tədbirlərində könüllü olmaq üçün akkreditasiya əldə edəcəklər. 31 avqust tarixində layihənin təntənəli təqdimat mərasimi keçiriləcək və iştirakçılara şəhadətnamələr təqdim olunacaq.
Məlumat üçün bildirək ki, layihənin əsas məqsədi gənclərə könüllük prinsiplərinin aşılanması, layiqli vətəndaş olmaq istiqamətində könüllülük anlayışının əhəmiyyəti və “Gəncə -2016 Avropa Gənclər Paytaxtı” proqramı üçün könüllülərin yetişdirilməsinə xidmət etməkdir

Cavab ver

Visit Us On FacebookVisit Us On TwitterVisit Us On InstagramVisit Us On Youtube