+994 50 466 36 22 info@oygib.az

"Məktəblərarası I İntellekt Kuboku"

“Məktəblərarası I İntellekt Kuboku”

Gəncə şəhərində “Məktəblərarası I İntellekt Kuboku” keçirilir.
Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, “Odlar Yurdu” Gənclər İctimai Birliyi və “İstək” Liseyinin təşəbbüsü və təşkilatçılığı ilə Gəncə şəhərindən “Məktəblərarası I İntellekt Kuboku” adlı bilik yarışı keçirilir. Əsasən 6-7-8-ci sinif şagirdlərinin iştirak etdiyi “Nə, harada, nə zaman?” intellektual oyununda ümumilikdə hər birində 6 şagird olmaqla 16 məktəb təmsil olunur.
29 Aprel tarixində “ İntellekt Kuboku”nun açılış mərasimi və seçim oyunları keçirilib. Tədbirdə Gəncə şəhər İcra Hakimiyyəti, Gəncə şəhər Təhsil Şöbəsi, QHT və KİV nümayəndələri iştirak etmişdir. Mərasimi giriş sözü ilə açan “Odlar Yurdu” GİB-in sədri Nigar Ələsgərovanın sözlərinə görə “Məktəblərarası I İntellekt Kuboku”nun keçirilməsində əsas məqsəd şagirdlərin intellektual inkişafına dəstək olmaqla, dünyagörüşlərinin formalaşdırılması, komanda iş biliklərinin artırılmasına xidmət etməkdir. Birliyin sədri onu da vurğulamışdır ki, Gəncə və region gəncliyinə hər zaman öz uğurlu, geniş miqyaslı layihələri ilə tövhə verməkdə olan “Odlar Yurdu” GİB artıq bir ildən artıqdır ki, öz qarşısına yeni bir vəzifəni də əlavə edib. Beləki Birliyin daxilində 1 ildən çoxdur ki, “İntellektual Gənclər Klubu” fəaliyyət göstərir. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq bəndini əsas götürərək gənclərin və yeniyetmələrin intelektual inkişafına dəstək olmaq və mövcud potensialı aşkar etmək üçün gənclər və məktəblilər arasında mütəmadi olaraq bilik yarışları keçirir. Bu günkü mərasim də növbəti uğurlu nümunələrdən biridir.
Daha sonra Gəncə şəhər İcra Hakimiyyəti və Təhsil şöbəsinin nümayəndələri çıxış edərək bu səpkidə bilik yarışlarının əhəmiyyətindən danışmış və tədbirin gedişatına uğurlar arzu etmişlər.
“İstək” liseyinin icraçı direktoru Anar Məmmədov da çıxış edərək bildirmişdir ki ; “Gəncə şəhəri Azərbaycanın ən zəkalı və intellektual gənclərinin beşiyi kimi tanınır.Biz də “İstək” Liseyi olaraq hər zaman Gəncə şagirdlərinin yetişdirilməsində və təhsilin inkişafında yaxından iştirak etməyə hazırıq. Bu gün həyata keçirilən “Məktəblərarası I İntellekt Kuboku”nun tərəfdaşı olaraq da yeniyetmələrin dünyagörüşlərinin formalaşmasına bu kimi tədbirlərlə dəstək olmağa çalışmışıq. Belə tədbirlərin davamlı olacağına inanır və “İstək” Liseyi olaraq daima bu səpkidə fəaliyyətlərə yaxından dəstək olmağa hazırıq”
Mərasimdə həmçinin Gəncə şəhər Təhsil İdarəsinə tədbirin təşkilinə göstərdiyi dəstəyə görə təşəkkürnamə təqdim olunmuşdur.
Böyük çoşqu ilə davam edən İntellekt kubokunun final oyunları 30 aprel tarixində həyata keçiriləcək. Kubokun qaliblərinə mükafatlar, kubok və medallar təqdim olunacaq. Ümumilikdə bütün iştirakçı məktəblilər şəhadətnamə ilə təltif olunacaqlar.

Cavab ver

Visit Us On FacebookVisit Us On TwitterVisit Us On InstagramVisit Us On Youtube