+994 50 466 36 22 info@oygib.az

Nə? Harada? Nə zaman?

Nə? Harada? Nə zaman?

Nə? Harada? Nə zaman?” formatında intellektual turnir keçirilib.

Gəncə Dövlət Univerisitetinin ev sahibliyi, “Odlar Yurdu” Gənclər İctimai Birliyi və Azərbaycan İntellektual Oyunlar Klubunun birgə əməkdaşlığı ilə 3 Oktyabr tarixində Gəncə şəhərində gənclər arasında “Nə? Harada? Nə zaman?” formatında İntellektual turnir keçirilib. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının əsas prioritet istiqamətlərindən biri “Gənclərin daha geniş kütləsinin intellektual fəaliyyətə cəlb edilməsi, asudə vaxtın səmərəli təşkil olunması” bəndini əsas götürərək , həmçinin 15 Sentyabr Bilik günü münasibəti ilə təşkil olunan bilik yarışında gənclərdən ibarət 17 komanda iştirak edib. Ümumilikdə 102 iştirakçı, 10 nəfər təşkilatçı gəncin iştirak etdiyi turnirdə I yeri “Odlar Yurdu”, II yeri “Uğur”, III yeri isə “ÜTF” komandası qazandı. Qalib komandalar diplom, kubok və medallarla təltif olundular.
Turnirin açılışında Gəncə Dövlət Univerisitetinin tərbiyə işləri üzrə prorektoru cənab Asif Cavadov, “Odlar Yurdu” GİB və Azərbaycan İntellektual Oyunlar Klubu İB-nin nümayəndələri çıxış edərək turnirin gedişatına uğurlar arzulamaqla yanaşı bu kimi bilik yarışlarının keçirilməsinin əhəmiyyətini vurğulamışlar.
Məlumat üçün bildirək ki, “Odlar Yurdu” GİB və Azərbaycan İntellektual Oyunlar Klubu İB cari ilin iyul ayından etibarən rəsmi tərəfdaşlıq imzalayaraq Gəncə şəhərində intelektual oyunların daha geniş füsət almasına, gənclərin asudə vaxtının səmərəli təşkil olunmasına töhvə vermək istiqamətində uğurlu layihələrə imza atmaqdadırlar.

Cavab ver

Visit Us On FacebookVisit Us On TwitterVisit Us On InstagramVisit Us On Youtube