+994 50 466 36 22 info@oygib.az

"NATO-Azərbaycan əlaqələri: 20 illik tərəfdaşlığın gələcək perspektivləri"

“NATO-Azərbaycan əlaqələri: 20 illik tərəfdaşlığın gələcək perspektivləri”

NATO-Azərbaycan tərəfdaşlığının 20 illiyi ilə əlaqədar Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin təşkilatçılığı , NATO-nun İctimai Diplomatiya Bölməsinin maliyyə dəstəyi ilə “NATO-Azərbaycan əlaqələri: 20 illik tərəfdaşlığın gələcək perspektivləri” mövzusunda dəyirmi masa tədbiri həyata keçirilmişdir.
Tədbirdə məruzəçi qismində AR Xarici İşlər Nazirliyinin Hərbi-siyasi Məsələlər İdarəsinin əməkdaşı, Beynəlxalq Münasibətlər üzrə aparıcı ekspert Vüqar Qurbanov, Cənubi Qafqaz üzrə NATO koordinatoru Despina Afentouli iştirak etmişlər.
Tədbirin ictimai əhəmiyyəti barəsində Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin idarə heyyətinin üzvü ,”Odlar Yurdu” GİB-in sədri Nigar Ələsgərova çıxış edərək NATO-Azərbaycan əməkdaşlığı, bu günkü dinamikası və s. haqqında ictimaiyyətin , xüsusilədə gənclərin maariflənməsinin əhəmiyyətli olduğunu vurğulamışdır.Tədbirdə Gəncə şəhərinin ictimai fəal gəncləri o cümlədən “Odlar Yurdu” GİB-in fəal simaları fəal iştirak etmişlər, məruzəçilərə Dağlıq Qarabağ problemi ilə çoxsaylı suallar ünvanlamışlar.
Tədbir uğurla yekunlaşmışdır.(05.07.2014)

Cavab ver

Visit Us On FacebookVisit Us On TwitterVisit Us On InstagramVisit Us On Youtube