+994 50 466 36 22 info@oygib.az

“Odlar Yurdu” Bolqarıstanda

“Odlar Yurdu” Bolqarıstanda

Bolqarıstanın Radomir şəhərində “Erasmus+” proqramı çərçivəsində Bolqarıstan Milli Agentliyinin dəstəyi ilə “Foundation Solidarity Works” təşkilatı tərəfindən Məişət zorakılığı mövzusunda beynəlxalq layihə həyata keçirilib. Layihədə “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfdaş olaraq iştirak edib. 19-27 iyun tarixində keçirilən “Educate&Empower social work against domestic violence” (Məişət zorakılığına qarşı sosial işi gücləndirmək) adlı layihədə 6 ölkədən 21 nəfər  (Polşa, Serbiya, Macarıstan, İtaliya, Bolqarıstan və Azərbaycan) təmsil olunub. Ölkəmizi “Odlar Yurdu” Gənclər İctimai Birliyi sədr müavini Xəzər Cabbarlı, lahiyə meneceri Aliyə Məmmədhəsənzadə və ictimai fəal gənc Eltac Hüseynli təmsil edib .

Layihənin əsas məqsədi gənclərin məişət zorakılığı haqqında anlayışlarını artırmaq, onları bir sıra alətlərlə təchiz etməklə çalışdıqları əhali arasında məişət zorakılığı qurbanlarını müəyyən etməklərinə şərait yaratmaq və gənclərin emosional idarəetmə, o cümlədən özünə qayğı bacarıqlarını artıraraq davamlı peşəkar inkişaflarını təmin etməkdir.

Layihə çərçivəsində gənclər müxtəlif təlim sessiyalarında, qrup işlərində, simulyasiyalarda iştirak edib, mövzu üzrə bilik və təcrübələrini artırıblar. Həmçinin, layihədə mədəniyyət gecəsi təşkil olunub. Gecədə iştirak edən Azərbaycanlı gənclər milli təamların sərgiləndiyi süfrə hazırlayıblar. İştirakçılara Azərbaycan haqqında önəmli məqamlar və Qarabağ tarixi haqqında ətraflı məlumat verilib, bir neçə video material təqdim edilib. Təqdimat iştirakçıların böyük marağına səbəb olub.

Məlumat üçün qeyd edək ki, “Odlar Yurdu” Gənclər İctimai Birliyi qurulduğu tarixdən bugünə kimi 16 ölkədə 25 beynəlxalq tədbirdə təmsil olunub.

Cavab ver

Visit Us On FacebookVisit Us On TwitterVisit Us On InstagramVisit Us On Youtube