Beynəlxalq Təşkilatlarla “Yerli Təşkilatların Beynəlxalq İnteqrasiyası 2.0” adlı ikinci görüş baş tutub.
16 iyul 2021- ci il tarixində Beynəlxalq Təşkilatlarla “Yerli Təşkilatların Beynəlxalq İnteqrasiyası 2.0” adlı ikinci görüş baş tutmuşdur.
Beynəlxalq və yerli üzv təşkilatların nümayəndələrinin bir-birilərini daha yaxından tanımaları və beynəlxalq inteqrasiyasının aşılanması üçün fundamental əsasların başa düşülməsi prioritet kimi götürülmüşdür.
Görüş zamanı yeni işçi qrupunun yaradılması üçün seçkilər keçirilmiş və İşçi qrupu yaradılmışdır. Həmçinin, təşkilatların əlaqələrinin gücləndirilməsi istiqamətində məsələlər müzakirə olunmuş və təşkilatların təqdimatları nümayiş olunmuşdur.
“Odlar Yurdu” Gənclər İctimai Birliyinin layihə meneceri Əziz Məmmədov da işçi qrupuna seçilib . Gələn aydan etibarən fəaliyyətə başlayacaq İşçi qrupuna uğurlar arzu edirik.