+994 50 466 36 22 info@oygib.az

“KönüllüSƏN 5” layihəsi başladı.

“KönüllüSƏN 5” layihəsi başladı.

Ölkəmizdə və dünyada baş verən proseslərdə gənclərin rolunun vacibliyini, o cümlədən könüllülük hərəkatının geniş vüsət aldığını nəzərə alan “Odlar Yurdu” Gənclər İctimai Birliyi 2019-2021 –ci illər üçün strateji planında nəzərdə tutulan gənclər arasında könüllülük fəlsəfəsinin təbliği istiqamətinə sadiq qalaraq “KönüllüSƏN 5” layihəsini həyata keçirir.

Layihənin əsas məqsədi könüllülük hərəkatını gənclər arasında təbliğ etmək, gənclərin gələcək fəaliyyətlərində istifadə edəcəkləri təcrübə, bilik və bacarıqlar əldə etmələrinə şərait yaratmaqdır. Layihə çərçivəsində gənclər şəxsi inkişafları ilə bağlı təlim və kurslara qatılacaq, birliyin icra etdiyi layihələrdə iş prosesinə cəlb olunacaq, o cümlədən bir sıra könüllülük fəaliyyətlərində iştirak edəcəklər. Layihə 3 istiqamətdə, layihə yazılması və idarə edilməsi, ictimaiyyətlə əlaqələr və beynəlxalq əlaqələr üzrə həyata keçiriləcək.

Məlumat üçün bildirək ki,  “KönüllüSƏN” layihəsi ilk dəfə “Odlar Yurdu” Gənclər İctimai Birliyi  tərəfindən 2014-cü ildə Gəncə şəhərində həyata keçirilib. “KönüllüSən-2” layihəsi 2018-ci ildə, “KönüllüSən-3” layihəsi isə 2019-cu ildə Gəncə və Bakı şəhərlərində həyata keçirilib. 2020-ci ildə isə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “KönüllüSən-4” layihəsi çərçivəsində könüllülüklə bağlı kitabça nəşr olunub  və peşəkar həyətına könüllü olaraq başlayan şəxslərin iştirakı ilə “KönüllüSən” sənədli filmi ərsəyə gəlib.

Kitabça ilə tanış olmaq üçün keçid.

“KönüllüSən” filmini izləmək üçün keçid.

Qeyd edək ki, “KönüllüSən-5” layihəsi 1 avqust – 31 oktyabr 2021-ci il tarixlərini əhatə edir. Layihədə iştirak etmək istəyən gənclər aşağıdakı linkdən qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat

Cavab ver

Visit Us On FacebookVisit Us On TwitterVisit Us On InstagramVisit Us On Youtube