+994 50 466 36 22 info@oygib.az

"Azərbaycan Cumhuriyyəti 100 ilində" İntellektual Yarışının Gəncə Gənclər Evində təltifolunması mərasimi keçirilib.

“Azərbaycan Cumhuriyyəti 100 ilində” İntellektual Yarışının Gəncə Gənclər Evində təltifolunması mərasimi keçirilib.

“Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşəbbüs və təşkilatçılığı, “Qrinviç” Təhsil Mərkəzinin tərəfdaşlığı ilə keçirilən, Azərbaycan Xalq Cumhuriyyətinin 100-cü il dönümünə həsr olunmuş “Azərbaycan Cumhuriyyəti 100 ilində” İntellektual Yarışının Gəncə Gənclər Evində təltifolunması mərasimi keçirilib.

19-21 dekabr tarixində Gəncə şəhərində fəaliyyət göstərən bütün ali təhsil və orta ixtisas təhsil müəssisələrinin iştirakı ilə seçim mərhələsi keçirilib. AzTU, ADAU, GDU, Gəncə Regional Kolleci və Musiqi Kollecinin hər birindən 10 komanda seçim mərhələsində yaşırıb və hər bir təhsil müəssisəsi üzrə qalib komandalar müəyyən edilib.

İntellektual yarışın keçirilməsi dövlətçilik ənənələrinə, tariximizə, milli kimliyimizə diqqət, gənclər arasında cümhuriyyət ruhunun qorunması, azərbaycançılıq təfəkkürünün möhkəmlənməsinə və zənginləşdirilməsinə, həmçinin gələcək nəsillərin müstəqil dövlətçilik ideyaları əsasında tərbiyə olunmasına xidmət edirdi.

Cavab ver

Visit Us On FacebookVisit Us On TwitterVisit Us On InstagramVisit Us On Youtube