+994 50 466 36 22 info@oygib.az

“ÖVLADIM ÜÇÜN — layihəsi çərçivəsində paytaxt və regionlarda festivallar keçirilib.

“ÖVLADIM ÜÇÜN — layihəsi çərçivəsində paytaxt və regionlarda festivallar keçirilib.

“ÖVLADIM ÜÇÜN – Gənc ataların fəal və məsuliyyətli atalıq fəaliyyətinə cəlb edilməsi” layihəsi çərçivəsində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı və “Odlar Yurdu” Gənclər İctimai Birliyinin tərəfdaşlığı ilə Bakı və Gəncə şəhərlərində gənc ata və övladlarının iştirakı ilə festival və təlimlər həyata keçirilib.

Festivalın keçirilməsində əsas məqsəd müxtəlif fəaliyyətlərin təşkil olunması ilə yanaşı, ata və övladları arasında emosional və mənəvi əlaqələrin artırılması, onların birgə vaxt keçirmələrinə və əylənmələrinə mühitin yaradılması, eyni zamanda Azərbaycanda qızlara və qadınlara qarşı ayrı-seçkiliyi təbliğ edən sosial normaları aradan qaldıraraq kişiləri öz övladlarına qayğı və məsuliyyətlə yanaşmağa, həmçinin fəal və düzgün atalıq fəaliyyətinə cəlb edilməklə məsuliyyətli atalıq mövqeyi sərgiləməyə təşviq etməkdən ibarətdir.

Məlumat üçün qeyd edək ki, layihə çərçivəsində əvvəlcə Bakı və Gəncə şəhərlərində “Gənc ataların fəal və məsuliyyətli atalıq fəaliyyətinə cəlb edilməsi” mövzusunda təlimlər keçirilib və layihənin davamı olaraq müvafiq şəhərlərdə festivallar təşkil edilib. Festivallar müxtəlif hədiyyəli oyunlar, şoular, rəqslər, musiqili proqram və müxtəlif növ əyləncəli və öyrədici yarışlarla yadda qalıb. Festivalın iştirakçısı olan atalar övladları ilə birgə həmin yarışlarda iştirak edərək sonda hədiyyələr qazanıblar. Son olaraq Şirvan şəhərində də bənzər festivalın keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, layihə Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) birgə həyata keçirdiyi “Avropa İttifaqı gender bərabərliyi naminə: Gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində həyata keçirilir.

Cavab ver

Visit Us On FacebookVisit Us On TwitterVisit Us On InstagramVisit Us On Youtube