+994 50 466 36 22 info@oygib.az

Sahibkar olmaq istəyən gənclərlə görüş

Sahibkar olmaq istəyən gənclərlə görüş

“Odlar Yurdu” Gənclər İctimai Birliyin təşkilatçılığı ilə Gənc Sahibkarlar Klubu sahibkarlıqla məşğul olmaq istəyən Gənclərlə 07.03.2014-cü il tarixində görüş keçirilmişdir. Görüşün keçirilməsində əsas məqsəd “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.4. bəndinə əsasən Gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və məşğulluğun təmin edilməsinə uyğun olaraq gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və məşğulluğun təmin edilməsi ,gənclərin biznes və biznes quruculuğu haqqında məlumatlarının artırılmasından ibarətdir. Görüşdə 18-26 yaş qrupuna aid olan Gəncə və ətraf regionlardan 60 gənc iştirak etmişdir. Görüşdə expert tərəfindən iştirakçılara “biznes nədir”, “Biznes qurmaq üçün hansı şərtlərə əməl etmək lazımdır”, “Biznesin iqdisadiyyatda tutduğu rol”, “biznes quruculuğunun hüquqi tərəfləri” mövzularında gənclərə məlumatlar verilmişdir. Məlumat üçün bildiririk ki, Gəncə şəhər “Gənc Sahibkarlar Klubu” Gəncə Debat Mərkəzinin nəzdində “Odlar Yurdu”gənclər ictimai birliyinin dəstəyi ilə fəaliyyət göstərir.

Cavab ver

Visit Us On FacebookVisit Us On TwitterVisit Us On InstagramVisit Us On Youtube